Sizin reklam Burada
İdman

Azərbaycan vətəndaşlığından imtina edən futbolçu döyüldü - VİDEO

1st Image

Ötən ilin sonunda Azərbaycan vətəndaşlığından imtina edən millimizin sabiq futbolçusu Abdulla Abaçiyev Rusiya çempionatında oyun zamanı döyülüb.

Bu barədə Siyasi.info Rusiya KİV-nə istinadən xəbər verir.

Daha əvvəl Bakının “İnter” klubunun heyətində çıxış edən futbolçu hazırda Armavirin “Torpedo”da top qovur. Bu komanda hazırda Rusiyanın birinci divizionunda mübarizə aparır. Çempionatın sonuncu turunda səfərdə “Torpedo” klubu ilə “Sibir” ilə qarşılaşıb. Oyunun sonunda futbolçular arasında qarşıdurma yaşanıb.

37 nömrəli forma ilə meydana çıxan Abaçiyev əvvəlcə qarşıdurmada iştirak etməyib. Lakin sonradan o qaçaraq “Sibir”in futbolçunu vurub. Buna cavab olaraq, meydan sahibinin futbolçuları ona üz nahiyəsindən xəsarət yetiriblər. Məsələyə “Torpedo” klubunun baş məşqçisi Valeri karpin qarışıb.

Qeyd edək ki, Abdulla Abaçiyev iki ölkənin – Rusiya və Azərbaycanın vətəndaşıdır. “İnter”dən ayrılan zaman o, legioner hesab edilməmək üçün Azərbaycan pasportundan imtina etdiyini bəyan etmişdi.