Sizin reklam Burada
İdman

Güləşçilərimiz 8 medal qazanıb  

1st Image

  Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatına yekun vurulub.

Siyasi.infonun məlumatına görə, çempionatın son günündə yunan-Roma güləşi üzrə 71, 75, 80 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulub.

 
1/16 finaldan mübarizəyə qoşulan pəhləvanımız Həsən Əliyev (71 kq)  1/4 finaldakı rəqibi serbiyalı Aleksandr Maksimovilç olub. Güləşçimiz bu görüşü 1:3 hesabı ilə uduzub. Lakin Maksimovilç finala qədər irəlilədiyindən Həsən təsəlliverici görüşdə qüvvəsini sınayıb. O, isveçli Knut Zakarias Tallrothla qarşılaşıb. İsveçli güləşçini 8:1 hesabı ilə yolundan kənarlaşdıran idmançımız bürünc medal uğrunda türk güləşçi Yunus Özelle mübarizə aparıb. Rəqibinə heç bir şans verməyən idmançımız 8:1 hesablı qələbə qazanaraq, qitə birinciliyini bürünc medalla başa vurub.


Qeyd edək ki, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar da başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, CəbrayılHəsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.


Yunan-Roma güləşi üzrə yarışlarında isə güləşçilərimiz 2 bürünc medal qazanıb. Kamran Məmmədov və Həsən Əliyev fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər. Millimiz Latviya səfərini ümumilikdə 8 medalla başa vurub.