Sizin reklam Burada
İdman

UEFA-nın baş katibi Lənkərana gedəcək

1st Image

AFFA-nın hesabat-seçki konfransı çərçivəsində “Xəzər-Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirov və UEFA-nın baş katibi Teodor Teodoridis arasında təkbətək görüş keçirilib.

Siyasi.info xəbər verir ki, görüşdə qitə futbol qurumunun rəsmisi “Xəzər-Lənkəran” klubu haqqında ətraflı məlumatlandırılıb. Qonağa klubun tarixi, infrastrukturu, fəaliyyəti və eləcə də akademiyanın nailiyyətləri barədə əhatəli informasiya verilib.

T.Teodoridis Azərbaycana növbəti səfəri zamanı Lənkərana səfər edəcəyini qeyd edib.