Sizin reklam Burada
İdman

Güləşçimiz Avropa çempionatının qalibi olub  

1st Image

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.    

 

Siyasi.infonun məlumatına görə, çempionatın dördüncü günündə qadın və sərbəst güləşçilər mübarizəni yekunlaşdıracaqlar.

Mübarizəyə 1/8 finalda başlayan yığmamızın üzvü Natalya Sinişin (58)  kq ilk görüşdə belaruslu Veronika İvanovaya qalib gəlib, ardınca isə Anna Vasilyenko (Ukrayna) və Elin Yohanna Nilssonla (İsveç) dueldən qalib ayrılıb. Rəqiblərini müvafiq olaraq, 5:0 və 12:2 hesabı ilə məğlub edən Sinişin finala yüksəlib.

 Avropa çempionatında ilk titul arzusunda olan idmançı həlledici görüşdə Qrays Yakob Bullenlə (Norveç) görüşüb. Qarşılaşma təmsilçimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Sinişin karyerasında ilk dəfə qitənin ən güclüsü ünvanını qazanıb.

 Qeyd edək ki, yığmamızın üzvləri üç yarış günündə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik (48 kq) qızıl, CəbrayılHəsənov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) və Hacı Əliyev (61 kq) bürünc medal qazanıb.