Sizin reklam Burada
İşgüzar

Neftçalada 20 milyonluq 7 müəssisə qurulacaq

1st Image

“Neftçala Sənaye Məhəlləsində yaxın aylarda sahibkarlar tərəfindən ümümi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq və bunun nəticəsində 380 iş yeri açılacaqdır. Masallıda Sənaye Məhəlləsinin təşkili üçün hazırlıq işləri aparılır”.    

 

Bunu İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya iclası zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib. O, bildirib ki, hazırda yerli potensial nəzərə alınmaqla digər regionlarda da texnoparkların, sənaye klasterlərinin və sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də dəmir filizi hasilatından polad istehsalına qədər bütün istehsal prosesini əhatə edən layihələndirmə işləri davam etdirilir.