Sizin reklam Burada
İşgüzar

`Bakı-Tbilisi-Qars` ilin sonuna hazır olacaq

1st Image

“Bakı-Tbilisi-Qars” dəmir yolu bu ilin sonuna kimi başa çatacaq

Bu fikirləri Türkiyə parlamentinin üzvü Ahmet Arslan deyib. Onun sözlərin görə, layihənin başa çatması üçün hazırda işlər davam etdirilir. 


`Müəyyən səbəblərdən layihənin icrası gecikdi, Layihənin bu ilin sonuna kimi bitirilməsi məqsədilə Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirləri görüş keçiriblər. Dövlət rəsmiləri fevralın 12-də yenidən görüşəcəklər`-deyə türk deputat bildirib.

`Azərbaycan Dəmir Yolları` QSC –dən isə bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu üçün bu ilin yayında Azərbaycana Stadler Rail Group şirkətinin yataq tipli ilk on sərnişin vaqonu gətiriləcək.

Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, bu vaqonların istehsalına ötən ilin sentyabrından başlanılıb: `Həmin şirkət ilə müqaviləyə əsasən, 30 vaqon istehsal olunacaq. Tikinti işləri uğurla aparılır və 10 vaqondan ibarət ilk partiya bu ilin iyul-avqust aylarında Bakıya gətiriləcək`.