Sizin reklam Burada
İşgüzar

  Rövnəq Abdullayev önəmli sənədə imza atdı

1st Image

  Yanvarın 27-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Türkiyədə səfərdə olub.    

 

Siyasi.info SOCAR-ın saytına istinadən məlumat verir ki, səfər çərçivəsində R.Abdullayev Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrakla görüş keçirib. Türkiyənin enerji sektorunda SOCAR-ın həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub, planlaşdırılan işlərin qrafikə uyğun icra edildiyi bildirilib. TANAP-ın inşası işlərinin, eyni zamanda Petkim yarımadasında həyata keçirilən layihələrin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılacağına əminlik vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.

SOCAR prezidenti R.Abdullayev Türkiyəyə səfəri çərçivəsində Transanadolu qaz boru kəməri - TANAP konsorsiumunun İdarə Heyətinin iclasında da iştirak edib.

İclasda layihə üzrə 2015-ci ildə həyata keçirilmiş işlərin yekunu və cari ildə qarşıda duran vəzifələr müzakirə olunub. Layihənin hazırkı statusu və işlərin gedişatı haqqında məlumat dinlənilib. Bildirilib ki, kəmərin inşası ilə əlaqədar fəaliyyət planauyğun surətdə uğurla davam etdirilir. 2016-cı il üçün layihə çərçivəsində görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb, zəruri sənədlər təsdiqlənib.

İclasda layihənin operatoru olaraq SOCAR-ın fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, operator və tərəfdaş şirkətlər 2016-cı ildə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində qüvvələri səfərbər edəcək və kəmərin vaxtında tikilib başa çatdırılması üçün lazım gələn bütün tədbirləri həyata keçirəcəklər.