Ağdaşda qətl törədilib.
Ağdaş rayonunda 22 yaşlı gənc qohumu tərəfindən güllələnib.APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında rayonun Hacılı kəndində qeydə alınıb. Kənd sakini, Mingəçevir Turizm Kollecinin birinci kurs tələbəsi olan 1999-cu il təvəllüdlü Həsənov Emin Zəkəriyyə oğlu yaşadığı evin həyətində atasına məxsus ov tüfəngindən yaxın məsafədən atəş açaraq atasının əmisi nəvəsi olan 1993-cü il təvəllüdlü Həsənov Pünhan Sadiq oğlunu güllələyib.